Fitch Ratings manatın ucuzlaşmasını dəstəklədi

Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə ucuzlaşması büdcə və xarici düzəlişlərə gətirəcək ki, bu da neftin qiymətinin ucuzlaşması fonunda çox müsbətdir.
 
Maide.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fitch Ratings beynəlxalq reytinq agentliyinin cümə axşamı yayılmış məlumatında bildirilir.
 
“2014-2015-ci illərdə Rusiya rublu və türk lirəsinin ucuzlaşması nəticəsində manatın effektli mübadilə məzənnəsinin kəskin azalması davam etsə idi, bu, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üzrə tədbirlərə mənfi təsir göstərmiş olardı”, - agentliyin məlumatında deyilir.
 
Eyni zamanda, hesabat müəlliflərinin fikrincə, bu, xüsusilə də bank sektorunda şərti öhdəliklərin yaranması riskinə səbəb ola bilər. Lakin bununla belə, Azərbaycanın çox güclü dövlət balansı xeyli möhkəmlik ehtiyatını təmin edir.
 
Beləliklə, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları 37,1 mlrd. dollar təşkil edir ki, bu da 2014-cü ilin sonuna ÜDM-in 49%-nə bərabərdir.

Google+ WhatsApp ok.ru