`Futbolda `vurmalı idi`, “qalib gəlməli idik” deyimi yoxdur` – Rəşad Sadıqov

"Maraqlı oyun oldu. Çoxlu hücumlar qurduq. Lakin rəqib yaxşı müdafiə olundu. Qol epizodlarından yararlana bilmədik". Bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Sent Etyen”lə Avropa Liqasının qrup oyunundan (0:0) sonra deyib.
 
Təcrübəli müdafiəçi yaxşı oynadıqlarını, ancaq son nöqtəni qoya bilmədiklərini bildirib: "Təəssüflər olsun ki, qol mkanlarımızdan istifadə edə bilmədik. Reynaldonun qol epizodlarından yararlana bilməməsi qeyri-adi hal deyil. Futbolda hər şey olur. Elə oyun olur ki, nə qədər çalışsan da, qol vurmaq mümkün olmur. Futbolda "vurmalı idi", “qalib gəlməli idik” deyimi yoxdur. Yaxşı oynamaq o demək deyil ki, qələbə qazanacaqsan. Ancaq yaxşı olardı ki, qrup mərhələsinə üç xalla başlayaq".
 
Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" oyunu 0:0 hesabı ilə başa çatıb.

Google+ WhatsApp ok.ru