Futbolçu Tyerri Anri idman karyerasını başa vurub, jurnalist olacaq

Məşhur idmançı idman televiziya aparıcısı olmağa qərar verib.
 
Fransız futbolçu — 37 yaşlı Tyerri Anri öz idman karyerasını başa vurur. İndi onu Britaniyanın "Sky Sports" telekanalında televiziya aparıcısı kimi görmək mümkün olacaq. Anri 2015-ci ildən işə başlayacaq.
 
Maide.az xəbər verir ki, Anri, "mən xoşbəxtəm, çünki idmanda uğurlu yolum, çoxlu miqdarda yaddaqalan anlarım olub", - deyə bildirib: "Amma indi mənim həyatımın yeni fəsili başlanır və bu həmçinin maraqlıdır. Mən ən yaxşı klublar üçün oynayırdım, indi televiziyada özünü sınayacağam."
 
Tyerri Anri antil mənşəli fransız futbolçudur. Avropa və dünyanın çempionu, UEFA Çempionlarının Liqasının və Fransanın çempionatlarının qalibi, İngiltərə, İspaniya, konfederasiyaların Kubokunun sahibi olub. "Yuventus", "Monako", "Arsenal", "Barselona" kimi klubların tərkibində oynayıb.

Google+ WhatsApp ok.ru