Futzal üzrə Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb

Bu gecə futzal üzrə Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb.

 

Kolumbiyada təşkil olunan mundialda millimiz ilk sınağına çıxıb.

 

Tarixində ilk dəfə planetin ən yaxşıları arasında yer alan komandamız "F" qrupunda Mərakeş yığması ilə üz-üzə gəlib.

 

Medelyin şəhərində keçirilən matçda millimiz rəqibinə şans verməyib - 5:0.

 

"F" qrupunun digər görüşündə İran və İspaniya qarşılaşacaq. (apa) /

 

 

Dünya çempionatı Qrup mərhələsi,

I tur F qrupu 13 sentyabr Mərakeş – Azərbaycan – 0:5

 

Qollar: Vassura, 15, 18, 33; Qallo, 29; Tyaqu, 31.

Google+ WhatsApp ok.ru