Gələn həftədən Bakı Bağdad reysləri başlayır

“Iraqi Airways” dekabr ayından başlayaraq Bağdad-Bakı və Nəcəf-Bakı istiqamətində reyslərə başlayır.

Maide.az "fins.az" istinadən xəbər verir ki, uçuşlar gələn həftənin çərşənbə axşamından etibarən başlayır. Bilet satışlarına isə bu gündən etibarən start verilib.

Bakı-Bağdad-Bakı reysinə olan biletlərin qiyməti 471 manat, Bakı-Nəcəf-Bakı reysinin qiyməti isə 487 manatdır.

Qeyd edək ki, Bakı - Bağdad istiqaməti üzrə uçuşlar həftənin 2-ci günləri, Bakı - Nəcəf istiqaməti üzrə uçuşlar isə bazar günləri həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru