Gəncə şəhərinə yeni icra başçısı təyin edilib

Gəncə şəhərinə yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
“Report” xəbər verir ki, sərəncamla Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
Qeyd edək ki, Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
 
14 aprel 2012-ci ildən 28 avqust 2018-ci ilədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsinin iştirakçısıdır. Polkovnikdir.
 

 

Google+ WhatsApp ok.ru