`Gediş haqqı dəyişə bilər`

Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma üzrə bəzi tariflərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırır”. 
 
Bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.
 
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” yeni Bakı-Sumqayıt dəmiryolu xəttində VİP vaqonlarda sərnişindaşıma tariflərinin tənzimlənməsi funksiyalarını QSC-yə vermək təklifi ilə Tarif Şurasına müraciət edib.
 
C.Qurbanov qeyd edib ki, məlum olduğu kimi, sosial qiymətlər mövcuddur, məsələn, dövlət tərəfindən tənzimlənən plaskart vaqonlarda gediş haqqı qiyməti: “VİP vaqonlarda gediş haqqını isə özümüz tənzimləməyi planlaşdırırıq”.
 
O, əlavə edib ki, Bakı-Sumqayıt xəttində gediş haqqının məbləği bu istiqamətdən hər gün istifadə edən əhalinin cari xərclərinə əsaslanacaq: “Apardığımız yoxlama nəticəsində müəyyən etdik ki, əhali Sumqayıtdan Bakının mərkəzinə gəlmək üçün orta hesabla 1 manat xərcləyir. Üstəlik, onlar 2 saat vaxt itirirlər, bir neçə dəfə nəqliyyat vasitəsini dəyişir və təyinat yerinə böyük narahatlıqla çatırlar”.
 
C.Qurbanov bildirib ki, Bakı-Sumqayıt dəmiryolu xətti istismara verildikdən sonra əhali rahat şəraitdə paytaxta cəmi 40 dəqiqəyə çatacaq.Trend/

Google+ WhatsApp ok.ru