GoMap Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib

GoMap Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib

GoMap Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə QMİ-dən məlumat verilib.
 
QMİ-nin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqqında məlumat verir. İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.
 
Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar. Mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilərlər. Hazırda bu keçid Android və iOS əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub.
 
GoMap.ax portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə Android, və iOS ilə yanaşı Windows əməliyyat sistemlərini də dəstəkləyəcək.
 

Google+ WhatsApp ok.ru