Goranboyda sel suları fəsadlar yaradıb 23 İyun 2017 01:00 Ölkə Son günlər respublikanın Qərb bölgəsinə yağan güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub. Güclü yağışlar nəticəsində rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artaraq daşıb. Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində ciddi fəsadlar yaranıb, əkin sahələrinə və təsərrüfata ciddi ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində də problemlər yaranıb. Bir neçə evin həyətyanı sahəsinə də sel suları dolub. Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb. (report) / Teqlər : #Goranboyda sel suları fəsadlar yaradıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ziyalılar Birliyi Qüds günü ilə bağlı bəyanat verib Beş gün qeyri-iş günü olacaq - Ramazan bayramı tətili