Gürcüstan Azərbaycana avtomobil ixracını il ərzində 7 dəfə azaldıb 22 Aprel 2015 01:00 İqtisadiyyat Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 24 mln. 849,8 min dollar dəyərində 1 356 ədəd minik avtomobili ixrac olunub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 156 ədəd avtomobil və ya 7,01 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 68,9% azalıb. Qeyd edək ki, bu ilin üç ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyadan olan avtomobillərin xüsusi çəkisi 39,1% təşkil edib. Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 43,1%-ni təşkil edib.(apa) Teqlər : #Gürcüstan Azərbaycana avtomobil ixracını il ərzində 7 dəfə azaldıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hakimiyyətdə “ikinci devalvasiya” müzakirələri Azərbaycanda dolların məzənnəsi üç gündür stabil qalır, avronun ucuzlaşması davam edir