Gürcüstanda Əyyami Fatimiyyə mərasimi təşkil olunub - FOTO

Gürcüstanda Əyyami Fatimiyyə mərasimi təşkil olunub - FOTO

Gürcüstanın Marneuli şəhərinin Qızılhacılı kəndində şəhadət mərasimi təşlkil olunub
 
Maide.Az-a daxil olan məlumta görə, dünən Gürcüstanın Marneuli şəhərinin Qızılhacılı kəndinin "İmam Həsən (ə)" məscidində şam və işa namazlarından sonra Əhli-beyt (ə) aşiqləri Hz. Peyğəmbər (s)-in gözünün nuru, iki dünya xanımı hz. Fatimə-Zəhra (s.ə)-ya əza məclisi təşkil edilib.
 
Məclis Quran qarisi və ustadı Hacı İlkin Həsənzadənin qiraətilə açıq elan olunub. Sonra Beynəlxalq Əl-Mustafa (s) universitetinin Gürcüstan Nümayəndəliyinin rəhbəri Hacı Davud Zare hz. Fatimə (s.ə)-nın həyat və fəzilətindən məclis iştirakçılarına məlumat verib.
 
Daha sonra Əhli-beyt (ə) məddahı Seyyid Hacı Rəhman xanım Zəhra (s.ə)-nın şəninə rovzə və mərsiyələr oxuyub. Məclisin sonunda Əhlibeyt (ə) aşiqləri "İmam Həsən (ə)" məscidi tərəfindən təşkil olunmuş ehsan süfrəsi kənarında bir araya gəldilər.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru