Qapıçını rəqib oyunçu qurtardı

Qapıçını rəqib oyunçu qurtardı

Çexiya liqasında oynanan “Slavacko”- “Bohemians”1905 oyununda toqolu oyunçu Francis Kone dili qatlanan rəqib komandanın qapıçısı Martin Berkoveçin həyatını qurtardı.
 
“Slovacko” oyunçusu Kone komanda yoldaşı Daniel Krch ilə toqquşduqdan sonra halı pisləşən qapıçının dilini geri çəkərək nəfəsinin kəsilməsini qarşısını aldı.
 
Qapıçı Berkoveç bununla bağlı “Feysbuk”dan təşəkkür mesajı qeyd edib: “Təcili müdaxiləsi üçün Koneyə təşəkkür edirəm. Xilas olduğum üçün xoşbəxtəm”. Kone isə daha əvvəl bir dəfə Taylandda, iki dəfə də Afrikada futbolçulara bənzər yardım etdiyini söyləyib. O, bu məqamda ilkin olaraq “dillərini udmamalarını təmin etməyə çalışıram”,  -deyə qeyyd edib. (azadliq.info) /

Google+ WhatsApp ok.ru