Gürcüstan imam Həsən (ə) məscidində möhtəşəm Aşura mərasimi qeyd olundu -FOTO 13 Oktyabr 2016 01:00 Xəbərlər Ötən gün (12.10.2016) Gürcüstan Qızılhacılı İmam Həsən (ə) məscidində əhli-beyt (ə) aşiqləri İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsinə möhtəşəm əza məclisi təşkil olunub. Maide.Az xəbər verir ki, məclis, məscidin imam camaatı Məşədi Fuad İsayeivin quran qiraəti və duası ilə başlandı. Daha sonra məscidin axundu Hacı Qurban Murquzov Həzrət İmam Hüseyn (ə) və kərbəla qiyamının hədəf və məqsədlərində söhbət açaraq xütbə söylədi. Məclis, əhli-beyt (ə) və kərbəla şəhidlərinin şəninə oxunan nohə və sinəzələrlə sona çatdı. Qeyd edək ki, Gürcüstanın bir çox şəhər və kəndlərində Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə bu il daha da izdihamlı şəkildə keçirilib. Teqlər : #Gürcüstan imam Həsən (ə) məscidində möhtəşəm Aşura mərasimi qeyd olundu FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəranda Aşura yürüyüşünün qarşısı alınıb Myanmada Arakanlı müsəlmanlara hava hücumu