Myanmada Arakanlı müsəlmanlara hava hücumu

Myanmada Arakanlı müsəlmanlara hava hücumu

Myanma hökuməti Arakanlıların yaşadığı bölgəyə hava hücumuna icazə verib.
 
Maide.Az "dunyabulteni" saytına istinadən xəbər verir ki, Myanma ordu sözcüsü Min Aung Hlaing bildirib ki, arakanlı müsəlman gənclərin müqavimət yolunu seçməsindən sonra Maungdav kəndinə hava hücumu edilməsinə rəsmi icazə verilib.
 
Myanma Hərbi Hava Qüvvələri Maungdav kəndini bombalamaq üçün Rohingya (Arakan) ya doğru hərəkət edib.
 
Myanmanın Rohingya (Arakan) əyalətində hökumət və Buddist qrupların hücumları qarşısında üsyan edən müsəlman gənclərin silahlı müqavimətə başlamasına ilk müdaxilə hökumətdən gəlib.
 
Belə ki, Oinno Fara və Kiyari Ferang kənd yolu üzərindəki evlər yandırılıb.
 
10 Oktyabr tarixində 9 Arakanlı 13 yaşdan kiçik uşaqların ordu əsgərləri tərəfindən öldürülməsindən sonra bölgədə mitinqlər başlamışdı.
 
Mərkəzi Banqkokda yerləşən və Arakanlı müsəlmanların hüquqlarını müdafiə edən "Fortify Rights"ın rəhbəri Metyu Smit verdiyi açıqlamada bildirib ki, Myanma ordusunun bölgədəki fəaliyyətlərini dinc əhali üzərində artırmasından və yeni zorakılıq dalğasından narahatıq.
 
Qeyd edək ki, Myanmada müsəlmanlar  illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri-rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgin düşüb. 
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmada müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.
 
Myanma rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
 
Məlumat üçün bildirək ki, Myanma hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 
 

Google+ WhatsApp ok.ru