Gürcüstanın İqtisadiyyat naziri Bakıya gələcək 16 Sentyabr 2019 09:39 Ölkə Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava sentyabrın 17-də Bakıya səfər edəcək. Maide.Az "azərtac"a istinadla xəbər verir ki, səfərin məqsədi Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi barədə müzakirələr aparılacaq. Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşləri də nəzərdə tutulub. Səfər iki gün davam edəcək. Teqlər : #Gürcüstanın,#İqtisadiyyat,#naziri,#Bakıya,#gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah hava yağmurlu olacaq Bu il Azərbaycanda 1844 əkiz, 48 üçəm doğulub