H.Nuri: Görünür, bu qərar bugünki reallıqdan irəli gəlib, zaman-zaman hər şey yoluna qoyular

Nardaran ağsaqqallarından Hacı Hacıağa Nuri Hacı Musa Qasımovun qazi təyin olunmasını təsdiqləyib. “O, buna qədər də qazi idi, Sabunçu, Pirallahının qazısi idi”, - deyə H.Nuri bildirib.
 
H.Nuri qeyd edib ki, M.Qasımovun atası da tanınmış din xadimlərindən olub, 1937-ci ildə sovet rejiminin repressiyasına uğrayan din xadimlərindən mərhum Məşədi Məzahirin oğludur. Sürgündən qayıdandan sonra Məşədi Məzahir Buzovnaya axund təyin edilib və bu gün Azərbaycanın adlı-sanlı din xadimlərindən Hacı Soltan və bir çoxları onun yetirmələridir.
 
H.Nuri Nardaranda yalnız bir dini icmanın qeydə alınacağı, bu icmaya QMİ-nin qazi təyin etdiyi M.Qasımovun rəhbərlik edəcəyi, qalan məscidlərə qazinin qərarı ilə mütəvəllilər təyin olunacağına da münasibət bildirib. “Nardaranda “Qulam Əli”, “Ağa”, “Cümə” məscidi kimi məscidlər var ki, oraya ibadətə kifayət qədər insan toplaşır. Dini icma olmadan bunları yola vermək olmaz. Görünür, bu qərar bugünki reallıqdan irəli gəlib, zaman-zaman hər şey yoluna qoyular”, deyə H.Nuri qeyd edib. contact/

Google+ WhatsApp ok.ru