Həftənin ilk iş günü hava necə olacaq? 19 Oktyabr 2014 01:00 Ölkə Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.Şimal-qərb küləyi 20-25 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var, gündüz 10-15 m/s, arabir 18 m/s.Havanın temperaturu gecə və gündüz 10-14° isti, Bakıda gecə və gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək. Teqlər : #Həftənin ilk iş günü hava necə olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dərman bazarında süni bahalaşma gedir Şəhid olan zəvvarların yeddi mərasimi keçirildi