Həmsədrlər Bern görüşü haqda bəyanat yaydı 19 Dekabr 2015 02:00 Qarabağ xəbərləri "Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər" “Berndə keçirilən sammit prezidentlərə onların mövqelərini aydınlaşdırmaq imkanı yaradıb”. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin onların iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında İsveçrənin Bern şəhərində keçirilən görüşləri ilə bağlı bəyanatlarında deyilir. Görüşdə həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Bəyanata əsasən, görüşdə prezidentlər son zorakılıq hallarının müzakirə edərək, ağır texnikanın istifadəsinə görə dinc vətəndaşlar da daxil olmaqla itkilərin baş verməsindən narahatlıqlarını ifadə ediblər: “Prezidentlər həmsədrlərin təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının azaldılması tədbirləri ilə bağlı təklifləri və araşdırma mexanizmini dəstəkləyiblər. Prezidentlər hazırkı danışıqlar prosesi çərçivəsində irəli sürülən təkliflər istiqamətində iş aparmağa hazırlıqlarını ifadə ediblər. Onlar həmçinin Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”. Qeyd olunur ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə vasitəçilik etmək üçün tərəflərlə işləməyə hazır olmaqda davam edirlər. / Teqlər : #Həmsədrlər Bern görüşü haqda bəyanat yaydı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağda daha bir erməni öldürüldü Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 96 dəfə atəş zərbəsi endirib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni