`Həzi Aslanov` metrostansiyasında eskalator təmirə dayandırılır

"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
 
Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
 
1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.Digər eskalator isə işlək olacaq.
 
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru