Həyatımız təhlükədə - Problemli piyada zolaqları - VİDEO

Həyatımız təhlükədə - Problemli piyada zolaqları - VİDEO

Asfalt üzərindəki piyada zolaqlarına diqqət yetirdikdə sanki adi boya ilə çəkildiyini düşünmək olar. 
 
Maide.Az ARB 24-ə istinadla xəbər verir ki, çünki bu zolaqların ömrü bir aydan çox çəkmir. Piyada zolaqlarının vaxtından tez köhnəlməsi sürücü-piyada münasibətlərində anlaşılmazlığa səbəb olur. Bu da öz növbəsində yol hərəkətinin təhlükəsizliyinə maneə yaradır. Çox vaxt isə bədbəxt hadisələrlə nəticələnir. 
 
Ekspert Elməddin Muradlının fikrincə, piyada zolaqlarının çəkilməsində keyfiyyətsiz boyalardan istifadə edilir: "Sürücü "zebra"nı görməlidir ki, piyadaya yol versin. Nişan olmayanda çətinlik olur. Hər bir sürücü şəhərin hər yerini əzbər tanımır ki, keçidləri bilsin. "Zebra"ları boyayarkən işıqqaytarıcı boyalardan istifadə olunmalıdır. Zolaqları keyfiyyətli boyalarla çəkmək lazımdır".
 
Qanunvericiliyin tələbinə görə isə həmin boyaların tərkibində işıqqaytarıcı effekt olmalıdır. Bu sahədə dünya təcrübəsindən də yararlanmaq olar. Daha müasir və kreativ üsullar tətbiq etməklə də yol hərəkətinin təhlükəsizliyini təmin etmək mümkündür. Artıq Ukrayna, Gürcüstan bu üsullardan faydalananlar sırasındadır. Ümid edirik ki, belə kreativ ideyaları ölkəmizdə görmək bizə də nəsib olacaq. /

Google+ WhatsApp ok.ru