Hacı İlqar və Hacı Sərdar mərcəyi-təqlidlərinin qonağı oldu - FOTO

Hacı İlqar və Hacı Sərdar mərcəyi-təqlidlərinin qonağı oldu - FOTO

Hacı Sərdar və Hacı İlqar Mərceyi-təqlidlərinin qonağı oldu
 
Ölkənin ruhani alimləri  Hacı Sərdar Hacıhəsənli və Hacı İlqar İbrahimoğlu əziz İslam Peyğəmbərinin nurani Mövludu ərəfəsində müqəddəs Məsumeyi-Qum şəhərində İslam dünyasının böyük Mərceyi-təqlidlərinin qonağı olmuşdular. Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani ilə keçirilən görüşlərdə son məhərrəm-səfər əyyamının keçirilməsi, Ərbəin ziyarətində hüseynsevərlərin möhtəşəm iştirakı ətrafında danışılmışdır. 
 
Böyük İslam alimləri qonaqlardan ölkələrindəki inanclıların vəziyyəti ilə bağlı maraqlanmışlar. Görüşdə azərbaycanlı alimlərə ölkələrindəki   islami fəaliyyətlərində böyük uğurlar arzulamışlar. O cümlədən onların salamını bütün Azərbaycan möminlərinə çatdırılmasını istəmişlər.
 
Səfərinin davamında Tehranın Cümə namazlarının xətiblərindən olan, böyük əxlaq ustadı Ayətullah Siddiqi  ilə görüş keçirilmişdir. Çox maraqlı və mənəvi keçən görüşdə, dəyərli əxlaq ustadı azərbaycanlı alimlərə mənəvi yüksəliş mövzusunda nurani tövsiyələrini vermişdir. 
 
Görüşlərin yekununda, azərbaycanlı alimlər əziz İslam Peyğəmbərinin (s) nurani Mövlud həftəsində keçiriləcək (15-16 dekabr) İslam məzhəblərinin vəhdət və yaxınlaşma Assambleyasının konfransına rəsmi dəvət almışlar.(deyerler.org)
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru