Hafiz Məmədovun işçisi pulunu ala bilmədiyini deyir 17 Oktyabr 2014 01:00 İdman "Bakı" futbol klubunun keçmiş üzvü "Bizim Yol" qəzetinə müraciət edərək, klubda maliyyə problemi olduğundan maaşların verilmədiyini bildirdi. Adının anonim qalmasını istəyən şikayətçi klubdan 9 aydır maaşını ala bilməməsindən şikayətçidir. Klub üzvü borclu olduğu banklar tərəfindən sıxışdırıldığını bildirdi. Qeyd edək ki, son zamanlar klubun maliyyə problemi yaşadığı mətbuatda tez-tez gündəmə gəlir. "Bakı"nın sahibi iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun "Atletiko Madrid" klubuna sponsorluq etməsi klub üzvlərini daha da hiddətləndirib. Mövzu ilə bağlı "Bizim Yol"a açıqlama verən "Bakı" Futbol Klubunun icraçı direktoru Yaşar Seyidov klubun üzvlərinə maaşın verilməsində geçikmələrin olduğunu təsdiqlədi: "Guya harda sabitlik var? Telekanallara baxsanız görəcəksiniz ki, ölkələrdə maaşın verilməməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Bizdə durum o qədər də çətin deyil. Biz heç kimin maaşına göz dikmirik. Kim işləyir qəpiyinə qədər pulunu verəcəyik. Kim işdən azad olunubsa, deməli o işləməyib ki, bu addım atılmağa məcbur olub. İşləyənlər pul alırlar, maaşını veririk. Sadəcə klubda lazımsız adamlar var idi. Onlar barəsində də tədbir görüldü. Kim pulunu almayıbsa, gəlib mənə desin, görüm o kimdir". Teqlər : #Hafiz Məmədovun işçisi pulunu ala bilmədiyini deyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Belə şərtlərlə Azərbaycanda gələcəyim ola bilməz” Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 31 pillə geriləyəcək