Hakimiyyət ticarət və ictimai iaşə sahəsində vergiləri artırır

2016-cı ildən etibarən Azərbaycanda idman totalizatorlarının iştirakçılarına uduşun 10%-i ölçüsündə gəlir vergisi tətbiq ediləcək.
 
Bu, bu gün parlamentin iqtisadi siyasət komitəsinin iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
 
Vergilər naziri Fazil Məmmədov bildirib ki, ölkədə idman mərc oyunları bazarının illik dövriyyəsi təxminən 300 milyon manat təşkil edir.
 
2013-cü ilin yanvarından fiziki şəxslərin mərc oyunlarından uduşuna vergi qoyulmurdu. Bu imtiyaz mərc oyunlarının inkişafına şərait yaradıb. “İndi iqtisadi vəziyyət nəzərə alınmaqla, 10% vergi tətbiq etmək məqsədəuyğun hesab olunub”, deyə nazir bildirib.
 
Proqnozlara əsasən, totalizatorlarda uduşlara vergi qoyuluşundan gəlirlər 25 milyon manat təşkil edəcək.
 
Bundan başqa, ticarət və ictimai iaşə sahəsində sadələşdirilmiş vergi tarifinin artırılması nəzərdə tutulur. Hazırda bu tarif Bakıda 4%, regionlarda isə 2% təşkil edir. Nəzərdə tutulan dəyişikliklərə əsasən, ticarətdə vergi gəlirin 6%-nə, ictimai iaşədə isə 8%-nə qədər artırılacaq.contact /

Google+ WhatsApp ok.ru