Hamı taksi sürücülərini tanıyacaq 24 İyun 2016 01:00 Ölkə Bir müddət sonra hamı avtomobilinə oturduğu taksi sürücülərinin kimliyini əvvəlcədən biləcək. Maide.Az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Milli.Az -a deyib. Şöbə müdiri qeyd edib: "Yeni Bakı Nəqliyyat Konsepsiyasına uyğun olaraq taksi xidməti göstərən fərdi sahibkarların idarə etdiyi avtonəqliyyat vasitələrində sürücünün əyləşdiyi oturacağın arxasında sürücünün adını, soyadını və hər hansı şikayət olacağı təqdirdə sərnişinin müraciət edə biləcəyi "qaynar xətt"in nömrəsini əks etdirən lövhə olacaq". Teqlər : #Hamı taksi sürücülərini tanıyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Biri şad, biri də bəd xəbər? Həcc üçün ziyarət haqqı nağd şəkildə QMİ-yə ödəniləcək