Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən xəbərə görə, sentyabrın 24-dən 25-i gündüzədək Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.
 
Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur. /

Google+ WhatsApp ok.ru