Hava şəraitilə əlaqədar 204 neftçi təxliyə edildi 24 Aprel 2017 01:00 Ölkə Aprelin 24 və 25-də açıq dənizdə küləyin sürəti arabir 34 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bu haqda “Azneft” İstehsalat Birliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb: “Təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib”. Rəsmi məlumata görə, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub: “Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər Vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq”. “Azneft” İstehsalat Birliyi hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini bəyan edib. / Teqlər : #Hava şəraitilə əlaqədar 204 neftçi təxliyə edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda taksilər üçün vahid TARİF - gecə və gündüzün gedişhaqqı fərqli olacaq Bakıda gecə söküntüsü: evsiz qalan sakinlər yolları bağlayıb - FOTO