Havanın temperaturu 6-8 dərəcə enəcək - Külək güclənəcək 08 İyul 2020 16:00 Ölkə Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 6-8 dərəcə aşağı enəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Teqlər : #Havanın,#temperaturu,#dərəcə,#enəcək,#Külək,#güclənəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 9 iyulda gözlənilən hava şəraiti açıqlanıb Daha iki rayonda xüsusi karantin rejimi sərtləşdirildi