Hava proqnozu - bəzi yerlərdə leysan və dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
İyunun 8-də havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.
 
Bundan əlavə iyunun 7-si axşamdan iyunun 10-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.
 

Google+ WhatsApp ok.ru