Hikmət Hacıyev: Ermənistanın atdığı raketlərin bir çoxu havada məhv edilir

Hikmət Hacıyev: Ermənistanın atdığı raketlərin bir çoxu havada məhv edilir

Ermənistan tərəfindən atılan raketlərin bir çoxunun Azərbaycan Ordusu tərəfindən havada qarşısı alınır, məhv edilir.

 
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib
 
Onun sözlərinə görə, Ermənistan uğursuzluğunu ört basdır etməklə Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq istəyir, amma bunu bacarmayacaqlar.
 
Bu hücumlar Ermənistanın Sistani, Verdi, Vardenis kimi ərazilərindən həyata keçirilir. Bu Ermənistan siyasi rəhbərinin etik qaydalardan kənar olduğunu bəyan edir. Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, amma bəzi hallarda hücumlar yayınır və raketlər mülki vətəndaşlarımıza zərər yetirir. Ermənistan hərbçiləri bu gün döyüş meydanında gülünc və çarəsiz vəziyyətdədir.
 

Google+ WhatsApp ok.ru