Hindistanın şimal-şərqində 13 minədək insan daşqın zonasında qalıb 09 İyul 2019 08:54 Xəbərlər Hindistanın şimal-şərqində yerləşən Assam ştatında iki gün davam edən leysan yağışlar nəticəsində 13 minədək insan daşqın zonasında qalıb. NDTV telekanalının yaydığı məlumata görə, 43 kəndi su basıb, təxminən 1000 hektar kənd təsərrüfatı torpağı suyun altında qalıb. Daşqından daha çox Corxat dairəsinin əhalisi əziyyət çəkib. Orada 6 min insan daşqın zonasındadır. Hökumət orqanları evlərini tərk edənlərin yerləşdirilməsi üçün müvəqqəti düşərgələr təşkil edir. Ştatın bir neçə yolunu da su basıb. Bu regionun ən böyük çayı Braxmapurtada suyun səviyyəsi təhlükəli həddə çatıb. /azertac / Teqlər : #Hindistanın,#şimalşərqində,#minədək,#insan,#daşqın,#zonasında,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vaşinqtonda güclü yağış: 'Ağ Ev'i su basdı Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər