Hökumət: 2018-ci ildə neft hasilatı 2015-ci il səviyyəsində sabitləşəcək 30 Oktyabr 2014 02:00 İqtisadiyyat Azərbaycan hökumətinin proqnozuna əsasən, bu il ölkədə 41,65 mln ton neft çıxarılacaq. Gələn il hasilat həcmi 1 mln ton azalacaq və 40,62 mln ton olacaq. 2016-cı ildə Azərbaycanda neft hasilatı həcmi 40,77 mln ton, 2017-ci ildə 39,42 mln ton, 2018-ci ildə 40,32 mln ton olacaq. 2018-ci ildə 900 min ton hasilat artımını şərh edərkən ARDNŞ-dən bildiriblər ki, bu, “Şahdəniz-2” çərçivəsində proqnozlaşdırılan hasilatla bağlıdır. 2018-ci ildə çıxarılan qaz Cənubi Qafqaz qaz kəməri və TANAP-ın doldurulmasına və Türkiyənin daxili bazarına gedəcək. Bununla bağlı kondensat da çıxarılacaq. 2020-ci ildə “Şahdəniz”də kondensat hasilatı sutkada 120 min barrel (ildə 6 mln ton) olacaq. 2013-cü ildə Azərbaycanda 43,15 mln ton neft çıxarılıb. ARDNŞ-nin hesabatına görə, 2013-cü ildə şirkətin neft hasilatında payı 16% (birgə layihələrdəki pay nəzərə alınmaqla) olub. Ölkədə ən iri hasilat şirkəti ABƏŞ-dir. O AÇG blokunu istismar edir. 2013-cü ildə burda 32,2 mln ton neft çıxarılıb. “Azneft” İB 2013-cü ildə 6 mln 808 min ton neft çıxarıb. 2013-cü ildə “Şahdəniz” yatağında 2,48 mln ton kondensat hasil edilib. Daha 1 mln 662 min ton quruda hasil edilib Teqlər : #Hökumət: 2018ci ildə neft hasilatı 2015ci il səviyyəsində sabitləşəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neftin qiymətinin 100 dollara qalxacağı proqnozlaşdırılır İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni tikilmiş sərnişin terminalının açılışı olub