Hökumət benzini niyə bahalaşdırdı?

Hökumət benzini niyə bahalaşdırdı?

Qiymət artımı üçün əsas yoxdur. Yeganə əsas SOCARın...

Tarif Şurası Aİ 92 markalı benzinin qiymətini artırıb.
 
Qurumun yaydığı rəsmi açıqlamada sözügedən benzinin 1 litrinin qiymətinin 90 qəpik müəyyənləşdirildiyi bildirilib.
 
Maide.Az xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev BakuPost.az-a benzinin qiymətinin bahalaşmasını şərh edib. O bildirib ki, qiymət artımı üçün hər hansı əsas yox idi: "Sonuncu dəfə yanacaq bahalaşanda neftin dünya bazarlarında qiyməti indikindən ən azı 2 dəfə çox idi və artımın səbəbi olaraq bahalı neft qiyməti göstərilmişdi. Həmin dövrlərdə əsasən neft idxal edən ölkələrdə yanacağın bahalaşması müşahidə edilirdi. Daha sonra Nazirlər Kabineti SOCAR-a vergi pulu verdi. 2013-cü ilin sonu aksiz vergisini artıraraq yanacağı bahalaşdırdı, üstündən 2 ay keçməmiş vergini endirdi, ancaq qiymət enmədi. Artım SOCAR-ın sərəncamına verildi. Sonrakı illərdə neftin kəskin ucuzlaşması qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda ucuzlaşma ilə müşayiət edilmədi. Cəmiyyətin, ekspertlərin ucuzlaşmaq çağırışları da cavabsız qaldı. İndi göründüyü kimi nəinki ucuzlaşdırmadılar, hətta bahalaşmağa getdilər. SOCAR-ın məhsullarının 70%-i daxili bazarın payına düşür.
 
Qiymət artımı üçün əsas yoxdur. Yeganə əsas SOCARın vəsaitləri səmərəsiz xərcləməsi və sürətli borclanmaya getməsidir. 98 və 95 markalı yanacağın qiyməti sərbəstləşib. SOCAR-dan tələb olunan 92 markalı benzin və dizel yanacağının maya dəyərinin şişməsinə imkan verməmək idi. Bunu da edə bilmədi. Qiymət artımından qaçmaq olardı, təəssüf ki, hökumət artıma getdi. Bundan sonra artım növbəsi nəqliyyat sisteminin olacaq. Eyni zamanda digər sahələrdə də bahalaşmanı şərtləndirəcək".
 
İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, artım yallnız "Aİ-92" markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma olacaq.
 
"Benzinin qiymət bahalaşmasının ikili - psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması "mümkün deyil". Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub", İbadoğlu facebook səhifəsində yazıb.

Google+ WhatsApp ok.ru