Human Rights Watch: AYİB rəhbəri Bakıda insan hüquqları məsələsini qaldırmalıdır

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti mayın 24-25-də Bakıya səfəri zamanı insan hüquqları məsələsini qaldırmaq niyyətindədir. Bu barədə Human Rights Watch təşkilatının bəyanatında deyilir.
 
“Azərbaycan hökumətinin müstəqil səslərə qarşı repressiyaları çoxpartiyalı demokratiya və plüralizmə dəstək olan yeganə beynəlxalq maliyyə müəssisəsi - Avropa Yenidənqurma və İnkişaf Bankının nizamnaməsində əksini tapan prinsiplərə uyğun deyil”, - sənəddə qeyd olunur.
 
“Azərbaycan hökuməti jurnalistlərə, KİV-ə, ictimai fəallar və müstəqil ictimai təşkilatlara hücumlar edir”, - təşkilatın baş elmi əməkdaşı Cessika Evans deyib.
 
“Hökumət Avropa İnkişaf Bankının nizamnaməsi ilə tələb olunan mülki və siyasi hüquqları pozur.
 
Bundan əlavə, bank müştərilərdən ölkə resurslarının effektiv idarə olunması üçün Hasilat Sənayesində Şəffaflıq Təşəbbüslərinin prinsip və tələblərinə əməl olunmasını tələb edir.
 
Mayın 20-də HRW Çakrabartiyə məktubunda onu Bakıda insan hüquqlarının pozulmasından narahatlığını bildirməyə, hökuməti islahatlar keçirməyə, jurnalist Xədicə İsmayılova da daxil olmaqla, siyasi motivlərlə həbs olunmuş fəalları, jurnalistləri və digər tənqidçiləri azad etməyə çağırmağa səsləyib.
 
Həmçinin AYİB rəhbəri QHT-lərə və onların əməkdaşlarına təzyiqlərə son qoyulmasını, bank hesablarının açılmasını, QHT-və KİV-ə qarşı məhdudlaşdırıcı qanunları ləğvini, onların xaricdən maliyyələşdirilməsinə icazə verilməsini tələb etməyə çağırılıb.

Google+ WhatsApp ok.ru