Hövsanda da aksiya oldu 17 Yanvar 2016 02:00 Ölkə Yanvarın 17-də, saat 11 radələrində Bakının Hovsan qəsəbəsinin sakinləri işsizlik, sosial problemlərlə bağlı aksiya keçiriblər. Onlar avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon İcra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar. Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb./ Teqlər : #Hövsanda da aksiya oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür Azərbaycanın dövlət sərhədini pozan 48 nəfər saxlanılıb