ICESCO Dağlıq Qarabağda mədəni və tarixi hüquqlara hörmət etməyə çağırır 30 Sentyabr 2020 09:28 Qarabağ xəbərləri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir. Maide.Az xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır. Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ICESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır. Teqlər : #ICESCO,#Dağlıq Qarabağ,#mədəni və tarixi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni