Çində Quran-Kərimin 800 illik əlyazma nüsxəsi çap edildi

Çində Quran-Kərimin 800 illik əlyazma nüsxəsi çap edildi

Çinin Qansu əyalətində Quran- Kərimin qədim və tarixi əlyazma nüsxələrində tədqiqat aparmaq məqsədi ilə, Quranın 800 illik əlyazma nüsxəsinin kopyası çap edilib. 
 
Maide.Az xəbər verir ki, "Qansu Çap və Nəşriyyat Mərkəzi" tərəfindən kopyası çap edilən bu qədim, nadir və tarixi nüsxənin yazılışı və kitabəti miladın 11-ci əsrinə təsadüf edir. Əlyazma nüsxəyə əsasən demək olar ki, Çinin Qansu əyalətinin Salar tayfası 800 il öncə İslam dini ilə tanış olub. 
 
Kopyası çap olunan bu qədim Quran nüsxəsi Quran-Kərimi araşdıran araşdırmaçıların istifadəsi məqsədilə çap edilib və satışa çıxarılmayacaq.
 
Tarixi və nadir əlyazma Quran-Kərim nüsxəsinin 12.5 kq. çəkisi var və 870 səhifədir və Qansu muzeyində saxlanılır.
 
Ehtimal edilir ki, Qansu əyalətində yaşayan "Salar" tayfasının əcdadları yüz illər öncə Mərkəzi Asiyanı tərk edib bu regiona gələrkən bu Quran-Kərim nüsxəsini də özləri ilə gətirib.
 
Qeyd edək ki, Salar tayfası Çinin ən kiçik müsəlman azlığıdır ki, Qansu əyalətində, Çinin YangTese çayından sonra ikinci ən uzun çayı və dünyanın 6-cı ən uzun çayı olan – (5464 km) - "Sarı çay"ın sahillərində məskunlaşıb və sayları 100 min nəfərdir. (iqna)
 
 

Google+ WhatsApp ok.ru