Parisdə etirazçılarla polis arasında toqquşma baş verib 08 May 2017 01:00 Xəbərlər Parisin şərqində etirazçılarla polis arasında toqquşma baş verib. APA-nın “Sputnik"-ə istinadən verdiyi xəbərə görə, etirazçılar asayiş keşikçilərinə şüşə qablar atıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Əraziyə xeyli sayda polis cəlb edilib. Qeyd edək ki, bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin sabiq iqtisadiyya naziri, 39 yaşlı Emmanuel Makron qalib gəlib. Teqlər : #Parisdə etirazçılarla polis arasında toqquşma baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində Quran-Kərimin 800 illik əlyazma nüsxəsi çap edildi Azərbaycanı tərk edənlərin sayı artır