Kərbəlayi, sənin sarayını sökdülər - FOTO

Son zamanlar insanlar nədənsə hasarlanmış ərazi, ağır texnika görən kimi ağıllarına “sökürlər” fikri gəlir. Söküntü isə fikir ağla gələndə olmasa da az sonra icra olunur.
Bir neçə ay əvvəl Bakı sakinlərindən biri məhz belə bir fikirlə Milli.Az-a zəng edərək ""dvores"i dağıdırlar" demişdi. Özü də hansı “dvores”i, Sabunçu rayonunda Bakıxanov qəsəbəsinin özü qədər məşhur olan “dvores”i, Adil İsgəndərov adına Mədəniyyət Sarayını... 
 
Həmin vaxt əraziyə getdik, iş icraçıları da bizi gəlməyimizə peşman etdilər: “Nə söküntü, təmir edirik. Siz jurnalistlər də hər şeyi pis görürsünüz”, - deyərək bizi yola saldılar. 
 
Bu gün səhər isə avtobusda işə gələrkən gördüklərimə inanmadım. Bir neçə ay icraçının dili ilə desək, pis gördüklərim, insanların isə ağlına gələn fikirlər çin çıxmışdı. “Dvores” yerlə yeksan olmuşdu. Avtobusdan düşərək həmin əraziyə getdim, nəzarətçi şəkillər çəkməyimə mane olmaq da istədi. Bir onu öyrəndim ki, söküntü işlərini Fövqəladə Hallar Nazirliyi aparır və köhnə sarayın yerində başqası tikiləcək. Ərazini tərk edəndə isə arxadan mənə: “Bir azdan nazir müavini gələcək, nə istəyirsən, gəlib ondan soruşarsan”, - deyərək gözətçi köşkünə girdi. 
 
 
 

Google+ WhatsApp ok.ru