Kənd Təsərrüfatı Nazirliyinə yeni şöbə müdiri təyin olunub

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinə müdir təyin olunub.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, bu vəzifəyə İmran Cümşüdov təyin edilib.
 
Xatırladaq ki, cari ilin martın 17-də müvafiq əmrə əsasən adıçəkilən şöbənin müdiri Sabir Vəliyev ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Google+ WhatsApp ok.ru