Küçə ticarətinin qarşısı alınacaq 30 Avqust 2018 01:00 Ölkə "Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək". Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli Babayev deyib. Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq. Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".(faktxeber.com) Teqlər : #Küçə ticarətinin qarşısı alınacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 3 dəfə yuxarıdır -YENİLƏNİB Cümə gününün hava proqnozu açıqlanıb