Kanada hökuməti müsəlman qadın polislərə hicab geyinməyə izn verib

Kanada hökuməti müsəlman qadın polislərə hicab geyinməyə izn verib

Kanada hökuməti müsəlman qadın polislərə hicab geyinməyə izn verib.
 
"Uniformalara bu əlavə  Kanada Krallıq jandarmeriyasının komissarı tərəfindən qəbul edilib".
 
FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  İctimai Təhlükəsizlik Nazirliyinin  nümayəndəsi Skott Bardsli Frans Press agentliyinə xəbər verib.
 
Onun sözlərinə görə,  müsəlman qadınları hüquqmühafizə orqanlarında işləməyə həvəsləndirmək üçün hicab taxmağa izn verilib.
 
"Press" qəzetinin məlumatına görə, qərar qəbul edilməzdən öncə, polis  rəhbərliyi 3 növ hicabı test edib və başdan tez çıxarıla bilən, həmçinin qadınların hərəkətinə mane olmayan baş örtüyü növünü seçiblər. /

Google+ WhatsApp ok.ru