Karantin rejimində 5 nəfərdən çox insanın bir yerdə cəmləşməsi qadağası ilə bağlı istisna məlum olub 03 İyul 2020 17:05 Ölkə Sərtləşdirilmiş xüsusi karantin rejimində küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməyə qoyulan qadağa ilə bağlı istisna məlum olub. Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklikdə əksini tapıb. Qərara əsasən, yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib. /APA Teqlər : #Karantin rejimi,#sms , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metro işləməyəcəyi dövrdə avtobusların qrafiki bəlli oldu - CƏDVƏL Ölkə üzrə hərəkətinə icazəsi olanlar yalnız bir halda rayonlara gedə biləcək