İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib 08 İyul 2021 12:19 Ölkə İki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib. Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib. 169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək. Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq. Teqlər : #İki,#marşrut,#xəttinin,#hərəkət,#istiqaməti,#dəyişdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb