İkiyaşlı Zəhra Quliyevanın ölümü ilə bağlı sabah Bakıda yürüş keçiriləcək 05 İyul 2017 01:00 Ölkə Füzuli rayon sakini ikiyaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah bir sıra gənclər təşkilatı tərəfindən paytaxt Bakıda yürüş keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova məlumat verib. Onun sözlərinə görə, yürüş Səbail rayonundakı "Bridge Plaza"dan başlayacaq. Gənclər saat 11:00-da Rusiya səfirliyinin, 11:20-də ABŞ səfirliyinin, 12:00-da Fransa səfirliyinin qarşısından keçəcəklər. S.Məmmədova hamını aktiv olmağa çağırıb. / Teqlər : #İkiyaşlı Zəhra Quliyevanın ölümü ilə bağlı sabah Bakıda yürüş keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Səhiyyə Nazirliyi: Bu il doğuş zamanı 11 ana ölümü olub