Köçkünlərə 4 milyard xərcləndiyi deyilir - FOTO

Köçkünlərə 4 milyard xərcləndiyi deyilir - FOTO

Bu gün Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.
 
APA-nın xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti son 24 ildə evindən didərgin düşən insanların probleminin öhdəsindən gəlib:
 
«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin probleminin həlli üçün 2.5 milyard dollar sərf edib. Beynəlxalq təşkilatlar, xarici dövlətlər isə bu məqsədlə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıb».(azadliq.org)
 
 
 

Google+ WhatsApp ok.ru