`KÖLGƏ`NİN `YEDİYİ` 12-15 MİLYARD

`KÖLGƏ`NİN `YEDİYİ` 12-15 MİLYARD

«Exo» qəzetində «Kölgə iqtisadiyyatı Azərbaycanda 12-15 milyard manatı «yeyir»» sərlövhəli məqalə diqqəti çəkir.
 
Yazıda qeyd edilir ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) böyük bir hissəsi «kölgə iqtisadiyyatı»nın payına düşür. Müəllifə görə, ölkədə hər il 12-15 milyard manat «kölgə»yə gedir.
 
Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə şərh edir: «Kölgə iqtisadiyyatı şərdir və ona qarşı mübarizə zəruridir».
 
Ekspertə görə, bunu aradan qaldırmaqdan ötrü ölkədə nağdsız hesablaşmaya keçmək lazımdır və hazırda bu proses 10-15 faiz həcmindədir. Bu da çox aşağı göstəricidir.
 
Ekspert «kölgə iqtisadiyyatı»nı aradan qaldırmaqdan ötrü iqtisadi amnistiya təklif edilir.
 
Başqa bir iqtisadçı Samir Əliyev isə deyir ki, iqtisadi böhran şəraitində ÜDM-un həcmi azaldıqca, «kölgə iqtisadiyyatı»nın həcmi artır: «Digər bir rakursdan baxsaq, böhran dövründə həmişə «kölgə iqtisadiyyatı»nı «kölgə»dən çıxarmaq üçün qanunvericilik bazası təkmilləşdirilir. Bütünlükdə isə «kölgə iqtisadiyyatı» şərdir və böhranın bir səbəbi də bu iqtisadiyyatın inkişaf etməsidir».
 
O da düşünür ki, bu şərə qarşı mübarizədə nağdsız hesablaşmalara keçmək zəruridir: «Bu sahədə Azərbaycanda müəyyən irəliləyiş var. Amma bu məsələ Azərbaycanda hələ ilkin mərhələdədir».
 
S.Əliyev hesab edir ki, «kölgə iqtisadiyyatı» ilə mübarizədə daha bir üsul qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin bu proseslərə cəlb edilməsidir. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru