Klub prezidenti həbs olundu?

Rüstəm Allahverdiyev: `Ola bilsin ki, Beynəlxalq Bankla bağlı dindirilməyə çağırılıb`

"Anar Bəkirovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil. Ola bilsin ki, Beynəlxalq Bankla bağlı dindirilməyə çağırılıb". 
 
Maide.az-ın məlumatına görə, bunu ANS-ə açıqlamasında “Simurq” Peşəkar İdman Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib. 
 
O bildirib ki, məsələ ilə bağlı hələ klub prezidenti ilə danışmaq imkanı olmayıb: "Mən hazırda Zaqataladayam və Bakıya gəlirəm. Faktla bağlı məlumat öyrəndikdən sonra daha ətraflı mətbuata açıqlama verəcəyik", - deyə Rüstəm Allahverdiyev bildirib.
 
Qeyd edək ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Beynəlxalq Bankdan külli miqdarda kredit götürən iş adamlarından Anar Bəkirov saxlanılıb. Saxlanılan şəxs "Bandotdel”ə aparılıb.
 
Xatırladaq ki, ötən həftədən Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri "Bandotdel"də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Google+ WhatsApp ok.ru