Prokuror Suriyada döyüşən azərbaycanlılara 15 il həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə  təqsirləndirilən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
 
Məhkəmə prosesi mayın 22 - də davam edəcək.
 
Qeyd edək ki, hər iki şəxs Suriyada terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulublar.

Google+ WhatsApp ok.ru