Kolleclərə sənəd qəbulu bu gün başa çatır 11 Mart 2020 09:50 Ölkə Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatacaq. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar. Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, bu gün saat 09:10-a olan məlumata əsasən, 17 562 (Azərbaycan bölməsi -17019; rus bölməsi -543) abituriyent ərizəsini təsdiq edib. Teqlər : #Kolleclərə,#sənəd,#qəbulu,#gün,#başa,#çatır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəsmi açıqlama: Novruz şənlikləri ləğv edilir Ölkə əhalisinin sayı açıqlandı