Kombayn yoxluğu - məhsul itkisi

Kombayn yoxluğu - məhsul itkisi

"Marja.az"da "Kombayn tapılmır, arpa sahələrdə məhv olur - fermerlər aldadılır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif kənd təsərrüfatında biçinlə bağlı fermerlərin üzləşdikləri problemlər, texnika çatışmazlığı və bunun səbəb ola biləcəyi mümkün məhsul itkiləri barədə bildirir.
 
Müəllif deyir ki, əksər bölgələr kimi, Biləsuvarda da arpa biçininə start verilib, bu il məhsuldarlıq da yüksəkdir, amma kombayn çatışmazlığı üzündən fermerlər biçin işini apara bilmirlər.
 
Yazı müəllifinin sözlərinə görə, Biləsuvarın İsmətli kəndində də 500 hektara yaxın taxıl əkilib, bu il məhsuldarlıq da yüksək olub.
 
Müəllifin sözlərinə görə, təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.
 
"Orta hesabla 30 sentener götürülməli idi. Artıq vaxtında biçilmədiyinə görə 7-8 senteneri məhv olub. Yaxın 2-3 gündən sonra isə məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək", deyə təsərrüfat sahiblərindən biri problemini açıqlayır.
 
Müəllifə görə, digər fermer də həmkarının fikrini təsdiqləyərək, biçinlə bağlı texnika çatışmazlığı ən qısa müddətdə aradan qaldırılmasa ciddi məhsul itkisinin qaçılmaz olacağını bildirir: "3 hektar səhədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə mən 3-4 ton məhsul götürəcəyəm", deyə digər fermer üzləşə biləcəyi mümkün məhsul itkisinin həcmi barədə açıqlama verib.
 
Yazı müəllifi fermerlərə istinadən deyir ki, iş adamları aidiyyatı qurumlara müraciət etsələr də, heç bir müsbət nəticə əldə etməyiblər.
 
"Hər dəfə deyirlər "gedin, sabah gələcək". Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür", deyə fermerlərdən biri yenə məhsul itkisilə rastlaşacaqlarını nəzərə çatdırır.
 
Müəllifin sözlərinə görə, sahələrdə biçinlə bağlı yaranmış problemə Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi də münasibət bildirib.
 
Müəllif vurğulayır ki, Mərkəzdən deyilib ki, taxıl biçini növbəli sistem əsasında aparılır və yaxın günlərdə İsmətli kəndinə də növbə çatacaq və orada arpa biçininə başlanılacaq.  /contact.az /
 
 

Google+ WhatsApp ok.ru